BAKI, 14 iyul. TELEQRAF

İtaliyanın "Sampdoriya" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, B Seriyası təmsilçisi Massimo Donatiyə tapşırılıb.

Genuya şəhəri klubunun əvvəlki baş məşqçisi Alberiko Evani idi.

44 yaşlı Donati son olaraq Yunanıstanın "Kaliteya" klubunda işləyib.

Qeyd edək ki, "Sampdoriya" son mövsüm İtaliya B Seriyasını 41 xalla 17-ci sırada bitirib. "Dənizçilər" liqada qalmaq uğrunda görüşlərdə "Salernitana"dan güclü olub - 2:0, 3:0.