BAKI, 10 iyul. TELEQRAF
"Sumqayıt" klubunun baş məşqçisi Saşa İliçin məşqçilər korpusu müəyyənləşib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı serbiyalı mütəxəssisin köməkçiləri Veliçko Kaplanoviç, Şahin Abdullayev və Vurğun Hüseynov olacaq.
Fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Darko Obradoviç, qapıçılar üzrə məşqçi vəzifəsini isə Emil Babayev yerinə yetirəcək.
Qeyd edək ki, "Sumqayıt" Saşa İliçlə bir illik müqavilə imzalayıb.