BAKI, 7 iyul. TELEQRAF

Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq oyunlarının tarixi və rəqibləri müəyyənləşib.

Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, hər 3 matçda rəqiblər Türkiyə təmsilçiləri olacaq:

9 iyul

"Bayburtspor" – "Araz-Naxçıvan"

11 iyul

"Alanyaspor" – "Araz-Naxçıvan"

17 iyul

"Trabzonspor" – "Araz-Naxçıvan"