BAKI, 10 iyun. TELEQRAF

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçiriləcək.

Teleqraf xəbər verir ki, 5 komandalı daha 3 qrupda 6 qarşılaşma oynanılacaq.

Günün bütün görüşləri Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DÇ-2026

Seçmə mərhələ
9 iyun

G qrupu

22:45 Niderland - Malta

22:45 Finlandiya - Polşa

Xal durumu: Polşa - 6, Finlandiya - 4, Niderland - 3, Litva - 2, Malta - 1.

H qrupu

22:45 Rumıniya - Kipr

22:45 San Marino - Avstriya

Xal durumu: Bosniya və Herseqovina - 9, Rumıniya - 3, Kipr - 3, Avstriya - 3, San Marino - 0.

K qrupu

22:45 Latviya - Albaniya

22:45 Serbiya - Andorra

Xal durumu: İngiltərə - 9, Albaniya - 4, Latviya - 3, Serbiya - 1, Andorra 0.