BAKI, 5 iyun. TELEQRAF

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, finalda "Araz-Naxçıvan" və PFL komandaları üz-üzə gəliblər.

PFL həlledici qarşılaşmada 7:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Araz-Naxçıvan" başa çatan mövsümdə 52 xalla Yüksək Liqada çempion olub. PFL isə I Liqanı 30 xalla ilk sırada bitirib.