BAKI, 5 iyun. TELEQRAF

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu millinin heyətində vurduğu qolların sayına görə dünya rekorduna sahibdir.

Teleqraf xəbər verir ki, Millətlər Liqasının yarımfinalında Almaniya millisi ilə görüşdə (2:1) Ronaldu yığmanın heyətində 137-ci qolunu vurub. Bu göstəricidə ikinci yerdə 112 qol vuran argentinalı hücumçu Lionel Messi qərarlaşıb.

40 yaşlı Ronaldu karyerasında 937 dəfə fərqlənib. O, klub səviyyəsində 800, yığmada 137 qol vurub.