BAKI, 5 iyun. TELEQRAF

Bu gün UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşəcək.

Teleqraf xəbər verir ki, yarımfinal matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər.

İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma Ştutqart şəhərindəki "MHP Arena"da oynanılacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşün qalibi finalda Portuqaliya seçməsi ilə qarşılaşacaq.

Məğlub komanda 3-cü yer uğrunda Almaniya ilə oyuna çıxacaq.

Millətlər Liqasının finalı və üçüncü yer uğrunda oyun iyunun 8-də baş tutacaq.

Yada salaq ki, birinci yarımfinal oyununda Portuqaliya yığması 2:1 hesabı ilə Almaniya üzərində qələbə qazanıb.