BAKI, 4 iyun. TELEQRAF
“Neftçi” daha iki futbolçu ilə vidalaşıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "ağ-qaralar" daha öncə 7 futbolçu ilə yollarını ayırıb.