BAKI. 31 may. TELEQRAF

“Neftçi” klubu müqavilə müddəti başa çatan 7 futbolçu ilə yollarını ayırıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilələri yenilənməyib.

Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.