BAKI, 3 iyun. TELEQRAF

Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubu nigeriyalı hücumçu Viktor Osimhenlə 3 illik müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Ər-Riyad” nəşri məlumat yayıb.

Məlumata görə, tərəflər bütün şərtləri razılaşdırıblar və transferin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Transferin maliyyə detalları ilə bağlı klublardan rəsmi açıqlama verilməsə də, Osimhenin Ərəbistanda ildə təxminən 30 milyon avro qazanacağı iddia edilir.

Qeyd edək ki, “Napoli” ilə 2026-cı ilə qədər müqaviləsi olan hücumçunun anlaşmasında 75 milyon avro qarşılığında sərbəst qalma maddəsi var. Son mövsümü icarə əsasında “Qalatasaray”da keçirən nigeriyalı forvard bütün yarışlarda 41 matçda 37 qol vurub və 8 məhsuldar ötürmə verib.