BAKI, 2 iyun. TELEQRAF

Türkiyə milli komandanın 3 futbolçusu heyətdən kənarlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasından məlumat verilib.

Məlumata görə, Hakan Çalhanoğlu, Uğurcan Çakır və Mustafa Hekimoğlu zədə səbəbindən ABŞ-nin Boston şəhərinə yollanacaq heyətdən kənarda qalıb.

“Qalatasaray”lı Əhməd Kutucu isə yığmasının heyətinə cəlb edilib.

Qeyd edək ki, “ay-ulduzlular” Bostonda ABŞ və Meksika yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.