BAKI, 1 iyun. TELEQRAF
UEFA Çempionlar Liqasının (ÇL) finalında "İnter"ə iki qol vuran və məhsuldar ötürmə edən PSJ-nin 19 yaşlı fransalı vingeri Dezire Due unikal nailiyyətə imza atıb.
Teleqraf xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb.
Məlumatına görə, indiyə qədər heç bir futbolçu belə uğura imza atmayıb.
Bundan əlavə, fransalı ÇL-in finalında qol vuran, məhsuldar ötürmə edən və dublla yadda qalan ən gənc oyunçudur (19 yaş 362 gün).
Əvvəllər iki qolun ən gənc müəllifi “Real Madrid”in yarımmüdafiəçisi Qaret Beyl idi. O, 2018-ci ildə 28 yaşında “Liverpul”a qarşı (3:1) oyunda diqqət mərkəzinə düşmüşdü.