BAKI, 1 iyun. TELEQRAF
Məşhur Eyfel qülləsi Münhendə Çempionlar Liqasının finalında qalib gələn PSJ klubunun rənglərində işıqlandırılıb.
Teleqraf xəbər verir ki, qüllənin yaxınlığında toplaşan azarkeşlər paytaxt klubunun qələbəsini qeyd ediblər.
Yada salaq ki, klub Çempionlar Liqası tarixində ən böyük qələbəsini qazanıb. Münhendə baş tutan həlledici görüşdə parislilər Milan "İnter"inə 5:0 hesabı ilə qalib gəlib.