SUMQAYIT. 31 may. TELEQRAF

“Sabah” klubu tarixində ilk dəfə futbol üzrə Azərbaycan Kubokunun qalibi olub.

Teleqraf xəbər verir ki, Masazır təmsilçisi həlledici oyunda “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşü baş hakim İnqilab Məmmədov idarə edib.

Final matçında hesabı “bayquşlar”ın hücumçusu Pavol Şafranko açıb. O, 36-cı dəqiqədən penaltidən fərqlənib.

7 dəqiqə sonra isə nominal ev sahibi komandanın müdafiəçisi Toral Bayramov 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk hissəyə əlavə edilmiş ikinci dəqiqədə Kadi Borgesin qolu ilə hesabı bərabərləşdirib.

57-ci dəqiqədə Şafrankonun yerinə yetirdiyi penaltidən sonra qapıçı Mateuş Koxalski zərbəni dəf edib.

68-cı dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrasabal topu öz qapısına göndərib.

90+6-cı dəqiqədə Kahim Parris hesabda tarazlıq yaradıb.

Bununla da əlavə vaxt oynanılıb.

120-ci dəqiqədə Tellür Mütəllimov “Sabah”ın qələbə qolunu vurub.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm Azərbaycan Premyer Liqasının qalibi olub.

*** 21:45

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, 120-ci dəqiqədə "Sabah" komandasının futbolçusu Tellur Mütəllimov topu Ağdam təmsilçisinin qapısından keçirib.

Bununla da "Sabah" hesabda önə keçib - 3:2.

Qoldan sonra "Qarabağ"ın ehtiyat oyunçular skamyasından baş hakimə etirazlar edilib. Referi futbolçu Yassin Benzia və köməkçi-məşqçi Müşfiq Hüseynova qırmızı vərəqə göstərib.

*** 21:27

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda əlavə vaxtın ilk 15 dəqiqəlik bölümü başa çatıb.

Teleqraf xəbər verir ki, bu bölümdə tərəflərdən heç biri fərqlənə bilməyib.

Hazırda ikinci 15 dəqiqəlik bölümə start verilib.

Hesab bərabərdir - 2:2.

*** 21:07

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda dördüncü qol vurulub.

Teleqraf xəbər verir ki, 90+6-cı dəqiqədə "Sabah" komandasının futbolçusu Kahim Parris cinah ötürməsindən sonra başla topu qapıdan keçirib.

Bununla da hesab bərabərləşib - 2:2.

Qarşılaşmada əlavə vaxt oynanılacaq.

*** 20:35

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, 68-ci dəqiqədə Ağdam komandasının hücumu zamanı Elvin Cəfərquliyevin qapı qarşısına ötürməsindən sonra "Sabah"ın futbolçusu Con İrasabal topu uzaqlaşdırmaq istərkən, öz qapısına göndərib.

Beləliklə, "Qarabağ" hesabda önə keçib - 2:1.

*** 20:44

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda üçüncü penalti təyin olunub.

Teleqraf xəbər verir ki, 54-cü dəqiqədə Ağdam komandasının müdafiəçisi Bəhlul Mustafazadənin rəqib futbolçu İvan Lepinitsanın ayağına müdaxiləsi 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirilib.

Qərar VAR otağından da təsdiqlənib. Lakin Pavol Şafrankonun 57-ci dəqiqədə yerinə yetirdiyi zərbəni "Qarabağ"ın qapıçısı Mateuş Koxalski dəf edib - 1:1.

*** 20:12

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.

***19:55

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda ilk yarı başa çatıb.

Teleqraf xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

*** 19:50

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda bərabərlik qolu vurulub.

Teleqraf xəbər verir ki, 45+1-ci dəqiqədə "Sabah" komandasının cərimə meydançası daxilində Abdullah Zubirdən ötürmə alan Kadi Borges topu uzaq küncə vurub.

Bununla da "Qarabağ" hesabda tarazlıq yaradıb - 1:1

*** 19:47

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda daha bir penalti təyin olunub.

Teleqraf xəbər verir ki, 39-cu dəqiqədə "Sabah"ın futbolçusu Ayaz Quliyev "Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin ayağına zərbə endirib.

Referi yenə VAR-a baxdıqdan sonra penalti təyin edib. Lakin Toral Bayramov bu imkandan yararlana bilməyib. Onun o qədər də qüvvətli olmayan zərbəsini "Sabah"ın qapıçısı Stas Pokatilov tutub.

Hesab "Sabah"ın xeyrinədir - 1:0.

**** 19:39

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, 31-ci dəqiqədə Ağdam təmsilçisinin futbolçusu Yassin Benzia Masazır klubunun gənc üzvü Xəyal Əliyevin ayağına təmasını baş hakim İnqilab Məmmədov VAR-a baxdıqdan sonra penalti kimi dəyərləndirib.

Pavol Şafranko 11 metrlik cərimə zərbəsindən yararlanmağı bacarıb.

*** 19:03

Futbol üzrə Azərbaycan Kubokunda "Qarabağ" və "Sabah" komandaları arasındakı final matçı start götürüb.

Teleqraf xəbər verir ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

Azərbaycan Kuboku

FİNAL

31 may (şənbə)

19:00. “Qarabağ” – “Sabah” - 2:3 (ƏLAVƏ VAXT - 0:1)

Qollar: Kadi Borges, 45+1. Con İrasabal, 68 (öz qapısına) - Pavol Şafranko, 36 (pen.). Kahim Parris, 90+6. Tellur Mütəllimov, 120

İstifadə olunmamış penaltilər: Toral Bayramov, 43 - Pavol Şafranko, 57

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Fərid Hacıyev
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.