BAKI, 29 may. TELEQRAF

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Bayer Leverkusen"dən ayrılan mərkəz müdafiəçisi Conatan Ta ilə müqavilə bağlayıb.

29 yaşlı futbolçu ilə 4 illik sözləşmə imzalanıb. Almaniya millisinin üzvü yeni komandsında 4 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Conatan Ta 2015-ci ildən "Bayer Leverkusen"in şərəfini qoruyurdu. O, ötən mövsüm ərzində meydana çıxdığı 49 oyunda 4 qol müəllifi olub.