BAKI, 28 may. TELEQRAF
UEFA Konfrans Liqasının final oyunu bu gün keçiriləcək.
Teleqraf xəbər verir ki, həlledici oyunda İngiltərə təmsilçisi “Çelsi” İspaniyanın “Betis” klubu ilə qarşılaşacaq.
London klubu favorit sayılsa da, ispanların asanlıqla təslim olmayacağı gözlənilir.
Yarımfinalda “Betis” İtaliya “Fiorentina”sını, “Çelsi” İsveç “Yurqorden”ini mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, final qarşılaşması Polşanın Vroslav şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.