BAKI, 27 may. TELEQRAF

Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A milli bu gün "Neftçi" Futbol Mərkəzində ilk məşqinə çıxıb.

Legioner həyatı yaşayan Renat Dadaşov Bakıya bu gün gələcək. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra kollektivə qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan yığması toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan seçmələri ilə yoldaşlıq görüşü keçirəcək.