BAKI, 27 may. TELEQRAF

İspaniya La Liqasında 2024/2025 mövsümünün ən yaxşı gənc futbolçusu (23 yaşa qədər) adına namizədlər müəyyənləşib.

Teleqraf turnirin rəsmi saytına istinadən xəbər verir ki, bu ada 7 futbolçu iddia edir.

Namizədlər arasında "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər də var.

Türkiyə millisinin üzvü mövsümü 3 qol və 5 məhsuldar ötürmə ilə bitirib.

Gülərlə yanaşı, namizədlər arasında "Barselona"dan Lamin Yamal (9 qol, 13 məhsuldar ötürmə) və Pedri (4+5), "Las-Palmas"dan Alberto Moleyro (6+1) və Fabiu Silva (10+3), "Real Madrid"dən Cud Bellingem (9+9) və "Valensiya"dan Dieqo Lopes (8+5) var.

Qeyd edək ki, adı çəkilən futbolçuların hamısı mövsüm ərzində ayın futbolçusu adına layiq görülüb.