BAKI, 26 may. TELEQRAF

Uilyam Still İngiltərənin “Sauthempton” klubunun baş məşqçisi təyin olunub.

Teleqraf xəbər verir ki, bu barədə “müqəddəslər”in rəsmi saytı məlumat yayıb.

33 yaşlı mütəxəssis klubla üç illik müqavilə bağlayıb.

Still son olaraq 52 xalla Liqa 1-də səkkizinci yeri tutan Fransanın "Lans" klubuna başçılıq edib. O, daha əvvəl “Reyms”in də baş məşqçisi olub.

Qeyd edək ki, “Sauthempton” növbəti mövsüm Çempionşipdə mübarizə aparacaq. Komanda Premyer Liqada mövsümü 12 xalla sonuncu - 20-ci pillədə bitirib.