BAKI, 7 may. TELEQRAF
"Kəpəz"ə yeni sponsor yox, yeni rəhbərlik gəlir.
Bu barədə Teleqraf-a klubun Media və Marketinq Departamentinin direktoru Gəray Qiyasov açıqlama verib.
Onun sözlərinə görə, yeni rəhbərliklə əlaqədar açıqlama yaxın günlərdə olacaq: "Bu, yeni sponsor deyil, konkret yeni rəhbərlikdir. İdarəçilik dəyişir".
Qiyasov klubun Bakıda da ofisinin olacağını əlavə edib: "Rəhbərlik olaraq, "Kəpəz"in öz meydanındakı oyunları ərəfəsində səfərə çıxacaq, qalan günlərdə isə paytaxtda fəaliyyət göstərəcəyik".