BAKI, 23 dekabr. TELEQRAF

Məşhur "Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalarının dəyərini açıqlayıb.

Teleqraf xəbər verir ki, ölkə çempionatının ən bahalı heyətinə malik klub "Qarabağ"dır.

Premyer Liqanın son çempionunun futbolçularının ümumi dəyəri 28,5 milyon avrodur.

İkinci sırada "Sabah" (16,6 milyon avro), üçüncü də "Zirə"dir (13,9).

Azərbaycan Premyer Liqasının ən ucuz heyətə malik klubu isə "Karvan-Yevlax"dır - 4,18 milyon avro.

Ümumi siyahı isə aşağıdakı kimidir:

1. "Qarabağ" - 28,50 milyon avro
2. "Sabah" - 16,60 milyon avro
3. "Zirə" - 13,90 milyon avro
4. "Neftçi" - 12,13 milyon avro
5. "Turan Tovuz" - 10,30 milyon avro
6. "Sumqayıt" - 8,98 milyon avro
7. "Araz-Naxçıvan" 8,95 milyon avro
8. "Şamaxı" - 6,55 milyon avro
9. "Kəpəz" - 6,38 milyon avro
10. "İmişli" - 5,20 milyon avro
11. "Qəbələ" - 4,30 milyon avro
12. "Karvan-Yevlax" - 4,18 milyon avro