BAKI, 23 dekabr. TELEQRAF
“Zirə"nin qış hazırlıq planı bəlli olub.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-a qədər hazırlığını paytaxtda davam etdirəcək.
Toplanışın ikinci mərhələsi isə 10-17 yanvar tarixləri aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq. Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır.