BAKI, 23 dekabr. TELEQRAF
AFFA İntizam Komitəsi Azərbaycan I Liqa təmsilçisi "Zaqatala"nı cəzalandırıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi XI turun MOİK-lə oyununda legioner limiti pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət alıb.
Komitə klubu 1200 manat məbləğində də cərimələyib.
Qeyd edək ki, "Zaqatala" - MOİK matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.