BAKI, 24 aprel. TELEQRAF

İspaniyanın "Real Sosyedad" klubunun baş məşqçisi İmanol Alquasil cari mövsümün sonunda komandadan ayrılacaq.

Teleqraf xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Alquasil 2018-ci ildən San-Sebastyan komandasının sükanı arxasındadır. 54 yaşlı mütəxəssisin həm futbolçu həm də məşqçilik karyerasına "Real Sosyedad"da başlaması diqqət çəkir. O, 2011-ci ildən klubun gənclər və yeniyetmələrdən ibarət komandalarında işləyib.

Qeyd edək ki, "Real Sosyedad" 2019/2020 mövsümündə İmanol Alquasilin rəhbərliyi altında İspaniya Kubokunu qazanıb.