BAKI, 14 aprel. TELEQRAF

İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Xoakin Kaparros təyin olunub.

Məlumata görə, 69 yaşlı mütəxəssis cari mövsümün sonunadək "Sevilya"nın sükanı arxasında olacaq. Tərəflər arasında bağlanılan müqavilənin şərtləri açıqlanmayıb.

Kaparros 2000-05, 2017-18 və 2018-19 mövsümlərində də əndəlüslüların baş məşqçisi olub.

Qeyd edək ki, "Sevilya" hazırda 31 oyundan sonra 36 xalla İspaniya La Liqasında 13-cü pillədə qərarlaşıb.