
BAKI, 1 aprel. TELEQRAF
Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsinin "Konyaspor" - "İskenderspor" oyununa əcnəbi hakim təyin olunub.
Teleqraf "Habertürk"ə istinadən xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyə stadionunda keçiriləcək qarşılaşmanın VAR hakimi avstriyalı Yozef Şkurni olacaq.
Matçın baş hakimi isə yerli Ozan Ergün olacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "Konyaspor" - "İskenderspor" görüşü saat 21:30-da start götürəcək.