
TBİLİSİ, 23 mart. TELEQRAF
Tbilisidə keçirilən Gürcüstan-Ermənistan oyunu başa çatıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, ikinci hissədə hesabı Ermənistan millisi açıb.
Meydan sahibləri rəqib komandanın qapısına 1 qol vurub. Qolun müəllifi Xviça Kvaratsxeliya olub.
Qaşrılaşma Gürcüstanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının pley-off mərhələsində yığmaların keçirdiyi iki görüşün nəticələrinə əsasən hesab Gürcüstanın xeyrinə 9:1 təşkil edib. Beləliklə, Gürcüstan Millətlər Liqasında B divizionunda yerini qoruyub saxlayıb, Ermənistan isə C divizionunda qalıb.
***
18:48
Tbilisidə UEFA Millətlər Liqasının pley-off mərhələsində Gürcüstanla Ermənistan arasında keçirilən ikinci oyunda ilk hissə yekunlaşıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, “Dinamo Arena” stadionunda təşkil olunan matçın birinci hissəsi Gürcüstan millisinin böyük üstünlüyü ilə başa çatıb: 5:0.
İlk qolu oyunun 4-cü dəqiqəsində Otar Kiteişvili, ikinci qolu isə Giorgi Mikautadze 14-cü dəqiqədə vurub. Üçüncü qolun müəllifi Giorgi Çakvetadze olub. O.Kiteişvili oyunda dubl edərək topu dördüncü dəfə qapıya göndərib. G.Mikautadze də dubla imza atıb. Beşinci qolu məhz o vurub.
Qeyd edək ki, oyunu stadionda Gürcüstan və Ermənistanın baş nazirləri — İrakli Kobaxidze və Nikol Paşinyan da izləyirlər.