BAKI, 20 mart. TELEQRAF

Türkiyə milli komandası UEFA Millətlər Liqasınının pley-off mərhələsinin Macarıstanla ilk oyununda 3:1 hesablı qələbə qazanıb.

Teleqraf xəbər verir ki, A Liqasına vəsiqə uğrunda qarşılaşmada hesabı 9-cu dəqiqədə meydan sahibi komandanın futbolçusu Orkun Kökçü açıb. 25-ci dəqiqədə Andras Şofer hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Kərəm Aktürkoğlu, 73-cü dəqiqədə isə İrfan Can Kahveci fərqləniblər.

B Liqasına vəsiqə uğrunda ilk qarşılaşmada isə Gürcüstan millisi səfərdə Ermənistanı darmadağın edib - 3:0. Qolları Giorgi Koçoraşvili (dəq. 33) və Georgis Mikautadze (dəq. 37,; 59) vurub.

Qeyd edək ki, hər iki qarşılaşmanın cavab oyunları 23 martda baş tutacaq.