BAKI, 22 dekabr. TELEQRAF

Sumqayıtda hündürlükdən yıxılan qız ağır xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində baş verib.

2006-cı il təvəllüdlü Aysel Əlizadə yaşadığı binanın 4-cü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yıxılıb.

A.Əlizadə aldığı ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hazırda zərərçəkənin vəziyyəti həkimlər tərəfindən qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.