BAKI, 22 dekabr. TELEQRAF

Bu gün Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib.

Teleqraf xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə nazir Fərid Qayıbov da iştirak edib.

Daha sonra Azərbaycan Badminton Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul edilib. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən federasiyanın prezidenti seçilib. Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezidentlər, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə İdarə Heyətinin üzvləri seçiliblər.