BAKI, 23 dekabr. TELEQRAF

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın ölümü ilə nəticələnən qəza ilə bağlı rəsmi məlumat verilib.

Sumqayıt Tibb Mərkəzindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 22.12.2025-ci il tarixində saat 19:40 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1 nəfər (kişi) hospitalizasiya olunub.

1967-ci il təvəllüdlü şəxsə (kişi) sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Hadisə nəticəsində 1 nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

***

22 dekabr

20:44

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzası nəticəsində dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, hadisə Sumqayıt–Pirşağı avtomobil yolunda baş verib.

Belə ki, hakimin avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub.

Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində həyatını itirib.

Məlumata görə, avtomobili Aynur Rzayevanın sürücüsü idarə edib.

Faktla bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, Aynur Rzayevanın atası birinci Qarabağ müharibəsi şəhididir.

Onun atası Tapdıq Rzayev 1991-ci ildə Xocalıda şəhid olub. Tapdıq Rzayev şəhid olanda 27 yaşı var idi.

O, 2022-ci ildə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə təyinat almışdı.

Bu barədə ilk məlumatı e-huquq.az saytı yayıb.