BAKI, 22 dekabr. TELEQRAF
MDB liderləri üçün Ermitajda keçirilən tur zamanı Rusiya Prezidenti Vladimir Putin Britaniyanın müstəmləkəçilik siyasətindən danışıb.
Teleqraf xəbər verir ki, qonaqları müşayiət edən Ermitajın baş direktoru Mixail Piotrovski zallardan birində Böyük Moğol İmperiyasına aid eksponatları nümayiş etdirib. O bildirib ki, bu dövrdə yaranan boşluq britaniyalılarən Hindistana gəlməsinə səbəb oldu.
Vladimir Putin bu fikirə münasibət olaraq "soyğunçuluğu sevənlər ora getdilər" replikasını atıb.
Qeyd edək ki, Böyük Moğol İmperiyası (Baburilər Dövləti) — 1526-cı ildən 1858-ci ilə qədər müasir Hindistan, Pakistan, Banqladeş və Əfqanıstanın cənub-şərqində yerləşib.