BAKI, 22 dekabr. TELEQRAF
ABŞ Çinin Monqolustanla sərhəddə raketlər yerləşdirdiyini açıqlayıb.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, Pentaqon Çinin Monqolustanla sərhəddə 100-dən çox qitələrarası ballistik raket yerləşdirdiyini bildirib.
Məlumatda qeyd olunur ki, Çin Monqolustanla sərhəd yaxınlığında 100-dən çox "Dongfeng-31" qitələrarası ballistik raket yerləşdirib.
Raketlərin mümkün hədəfləri göstərilməyib.
Məlumata görə, Çinin nüvə başlıqları ehtiyatı 2026-cı ilə qədər 600-ü keçəcək. Pekin 2030-cu ilə qədər onların sayını 1000-dən çox artırmağı planlaşdırır.