BAKI, 15 mart. TELEQRAF

“Əl-Nəsr”in portuqaliyalı ulduzu Kriştianu Ronaldu əvəzlənməsinə sərt reaksiya verib.

Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 25-ci turunun "Əl-Holud"la matçın (3:1) 61-ci dəqiqəsində komandanın baş məşqçisi Stefano Pioli onu əvəzləyib. Çalışdırıcının qərarından narazı qalan hücumçu meydandan çıxanda əsəbi şəkildə birbaşa tunelə düşüb.

Qeyd edək ki, bu görüşdə 40 yaşlı futbolçu qol da vurub. Ronaldu oyunun 4-cü dəqiqəsində fəqlənib.