.png)
BAKI, 14 mart. TELEQRAF
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Junior "Vilyarreal"a qarşı matçdan əvvəl komandanın bugünkü məşqini buraxıb.
Teleqraf "AS"a istinadən xəbər verir ki, 24 yaşlı forvard La Liqanın XXVIII turunun oyununa hazırlıqlar zamanı bir qədər diskomfort yaşayıb.
Buna görə braziliyalı forvard Madrid komandasının məşqi zamanı fizioterapiya üçün idman zalında qalıb.
Qeyd edək ki, Vinisius bu mövsüm bütün turnirlərdə 38 matçda 18 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, martın 15-də keçiriləcək "Vilyarreal" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.