
BAKI, 17 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura bu gün yekun vurulacaq.
Teleqraf xəbər verir ki, son oyun günü 2 qarşılaşma keçiriləcək.
Elitada qalmaq uğrunda yarışan “Kəpəz”lə “Şamaxı” Tovuzda üz-üzə gələcək. Autsayder “Səbail” isə öz meydanında “Sabah”la qarşılaşacaq.
Yada salaq ki, dünən keçirilən oyunlarda “Qarabağ” səfərdə “Neftçi”ni, “Turan Tovuz” isə öz meydanında “Araz Naxçıvan”ı eyni hesabla (1:0) məğlub edib.
Turun açılış oyununda fevralın 15-də “Zirə” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə darmadağın edib.
17 fevral
16:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu
19:00. “Səbail”– “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"ASCO Arena"