BAKI, 14 fevral. TELEQRAF

Almaniyanın "Bavariya" klubu futbolçusu Camal Musiala ilə yeni müqavilə imzalayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin Bundesliqa təmsilçisi ilə yeni sözləşməsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Musialanın əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi.

Qeyd edək ki, Camal Musiala bu mövsüm keçirdiyi 24 oyunda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.