BAKI, 10 fevral. TELEQRAF

Formula-1-ə həsr olunmuş filmin treyleri təqdim olunub.

Teleqraf xəbər verir ki, "Warner Bros" şirkətinin hazırladığı filmin baş rolunu məşhur Hollivud aktyoru Bred Pitt canlandırıb.

Lentə alınmış əsərdə yarış səhnələri və Sonni Heysin (Bred Pitt) iştirakı ilə baş vermiş ağır qəza da daxil olmaqla, digər kadrlar əks olunub.

Filmdə "Apeks" komandanın gənc pilotu Coşua Pirsin (Demson İdris) tərcübəli komanda yoldaşına ehtiyacı olduğunu anlayır. Klubun sahibi Xavyer Bardem Pirsin bunun üçün köhnə dostu, 1990-cı illərdə F-1 yarışlarında iştirak etmiş veteran pilot Sonni Heysi (Bred Pitt) komandaya dəvət edir.

Qeyd edək ki, filmin premyerasının 27 iyun 2025-ci ildə baş tutacağı gözlənilir.