BAKI, 17 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatının J qrupunda keçirilən Argentina-Əlcəzair oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, Messinin het-trik etdiyi oyunda Argentinə 3-0 hesablı qələbə qazanıb.
06:40
***
Futbol üzrə dünya çempionatının J qrupunda Argentina və Əlcəzair oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 67-ci dəqiqəsində Messi hesabı 3-0 edib.
06:23
***
Futbol üzrə dünya çempionatının J qrupunda Argentina və Əlcəzair oyunu keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 61-ci dəqiqəsində Messi hesabı 2-0 edib.
05:40
***
Futbol üzrə dünya çempionatının J qrupunda yer alan Argentina və Əlcəzair milliləri arasındakı oyun başlayıb.
Teleqraf xəbər verir ki, oyunun 18-ci dəqiqəsində Messi baxımlı qolla hesabı açıb.
05:03
***
Futbol üzrə dünya çempionatının J qrupunda yer alan Argentina və Əlcəzair milliləri arasındakı oyun başlayıb.
Teleqraf xəbər verir ki, Kanzas stadionunda keçirilən matç Bakı vaxtı ilə 05:00-da start götürüb.
Qeyd edək ki, bu qrupda Avstriya və İordaniya komandaları da yer alır.