BAKI, 4 iyul. TELEQRAF

Formula-1 üzrə Britaniya Qran-prisinin sprint yarışının qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Silverstoun trasında keçirilən yarışda “Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli birinci yeri tutub.

Yeddiqat dünya çempionu, “Ferrari”nin sürücüsü Lüis Həmilton ikinci olub. “McLaren”in pilotu Lando Norris isə yarışı üçüncü pillədə başa vurub.
Britaniya Qran-prisi, sprint yarışı – ilk 10-luq:

1. Andrea Kimi Antonelli (“Mercedes”)
2. Lüis Həmilton (“Ferrari”) +2.745
3. Lando Norris (“McLaren”) +9.783
4. Corc Rassell (“Mercedes”) +10.639
5. Şarl Lekler (“Ferrari”) +12.620
6. Maks Ferstappen (“Red Bull”) +16.550
7. Oskar Piastri (“McLaren”) +17.551
8. Liam Louson (“Racing Bulls”) +30.233
9. İsak Həccar (“Red Bull”) +30.953
10. Arvid Lindblad (“Racing Bulls”) +35.110