BAKI, 8 mart. TELEQRAF

Formula 1 üzrə yeni mövsümə start verilib.

Teleqraf xəbər verir ki, 2026-cı il mövsümünün ilk yarışı Avstraliyada keçirilib.

Melburnun "Albert-Park" şəhər halqasında təşkil edilən yürüş “Mersedes”in pilotu Corc Rassellin qələbəsi ilə başa çatıb. Onun komanda yoldaşı Andrea Kimi Antonelli ikinci yeri tutub. Finiş xəttini üçüncü keçən isə "Ferrari"nin sürücüsü Şarl Lekler olub.

Yarış hələ startdan əvvəl gözlənilməz hadisələrlə başlayıb. Doğma trasda çıxış edən "Maklaren"in pilotu Oskar Piastri start sıralamasına yollanarkən qəzaya uğrayaraq mübarizədən kənarda qalıb. "Audi"nin təmsilçisi Niko Hülkenberq isə texniki nasazlıq səbəbindən starta çıxa bilməyib. Yarışın gedişində "Aston Martin"in hər iki pilotu - Fernando Alonso və Lens Stroll, həmçinin "Red Bull"dan İsak Həcərvə "Kadillak"ın sürücüsü Serxio Peres mübarizəni dayandırmalı olublar.

Günün ən diqqətçəkən performanslarından birini dördqat dünya çempionu Maks Ferstappen nümayiş etdirib. Yarışa sonuncu - 20-ci sıradan başlayan "Red Bull" pilotu finişə 6-cı yerdə çatıb. Son dünya çempionu Lando Norris isə yarışı 5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.