BAKI, 18 iyun. TELEQRAF

ABŞ rəsmiləri Kabo-Verde milli komandasının qapıçısı Vozinyanın anasının ABŞ vizasını alaraq oğlunun dünya çempionatındakı növbəti oyunlarını izləyə biləcəyini bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris ESPN telekanalına açıqlamasında deyib.

Kabo-Verde yığması dünya çempionatının qrup mərhələsinin ilk turunda İspaniya ilə qolsuz heç-heçə edib. Görüşdə yeddi zərbənin qarşısını alan Vozinya matçdan sonra anasının viza problemi səbəbindən tribunada olmadığını açıqlamışdı.

Hakim Ceffris bildirib ki, ABŞ Dövlət Departamentindən Vozinyanın anasının növbəti oyuna qatıla bilməsi üçün bütün mümkün tədbirlərin görülməsini xahiş edib.

Onun sözlərinə görə, bütün rüsumlar ödənilib və futbolçunun anası növbəti oyunda tribunada olacaq.