BAKI, 6 may. TELEQRAF

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubileyi münasibətilə 2026-cı il yarış həftəsonu əvvəlki illərdən daha möhtəşəm proqramla yadda qalacaq.

Teleqraf xəbər verir ki, yubiley tədbirlərinin əsas hadisələrindən biri dünya şöhrətli müğənni Keti Perrinin Bakıda səhnəyə çıxması olacaq.

Qlobal musiqi səhnəsinin ən parlaq simalarından sayılan amerikalı ifaçı sentyabrın 25-də keçiriləcək xüsusi gecədə Formula 1 azarkeşləri qarşısında çıxış edəcək.

Minlərlə tamaşaçının izləyəcəyi konsertin Bakıdakı yarış həftəsonuna əlavə rəng qatacağı və paytaxtda bayram ab-havası yaradacağı gözlənilir.