BAKI, 26 yanvar. TELEQRAF

Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer 12 il sonra yataq xəstəliyindən qurtulub.

Teleqraf “The Sun” nəşrinə istinadən xəbər verir ki, 57 yaşlı almaniyalı pilot hazırda əlil arabasında hərəkət edə bilir.

2013-cü ildə Alp dağlarında xizək sürərkən ağır baş zədəsi alan Şumaxev buna qədər hərəkət və ünsiyyət qabiliyyətini itirmişdi. İsveçrədəki evində müalicə olunan idmançı sutka ərzində tibbi nəzarətdə saxlanılır və yanına kənar şəxslər buraxılmır.

Qeyd edək ki, Şumaxer karyerasını 2012-ci ildə başa vurub. 2021-ci ildə onunla bağlı sənədli film çəkilib.