BAKI, 4 may. TELEQRAF
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubiley buraxılışı üzrə könüllü proqramına müraciətlər başlayıb.
Bakı Şəhər Halqasından Teleqraf-a verilən məlumata görə, qeydiyyat yalnız BCC mobil tətbiqi vasitəsilə mümkündür.
Könüllülər üçün minimum yaş həddi 16 yaşdır. Seçimlərdə xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək.
2025-ci ildə rekord sayda – 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.