BAKI, 29 dekabr. TELEQRAF

Formula 1-in komanda rəhbərləri mövsüm üçün ənənəvi ən yaxşı 10 pilot reytinqini tərtib ediblər.

Teleqraf xəbər verir ki, siyahıya "Red Bull"un sürücüsü Maks Ferstappen başçılıq edib.

O, ardıcıl beşinci ildir ki, bu ada layiq görülür.

Son mövsümün çempionu Lando Norris ("Maklaren") ikinci, onun komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.

Qeyd edək ki, Maks Ferstappen sentyabrın 19-21-də keçirilən Azərbaycan Qran-Prisininin qalibi olub.

Formula 1 komanda rəhbərlərinə görə 2025-ci ilin ən yaxşı 10 pilotu:

1. Maks Verstappen ("Red Bull")

2. Lando Norris ("Maklaren")

3. Oskar Piastri ("Maklaren")

4. Corc Rassel ("Mersedes")

5. Fernando Alonso ("Aston Martin")

6. Karlos Sayns ("Uilyams")

7. Şarl Lekler ("Ferrari")

8. Oliver Bermann ("Haas")

9. İsak Hacar ("Rasing Bulls")

10. Niko Hülkenberq ("Zauber").