BAKI, 7 mart. TELEQRAF

"Lənkəran" heyətinə yeni basketbolçu cəlb edib.

Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, cənub bölgəsinin təmsilçisi amerikalı Terri Kollinslə müqavilə bağlayıb.

26 yaşlı müdafiəçi 191 sm boya malikdir. Onun son klubu Gürcüstan Superliqasında çıxış edən "Gurjaani Delta" kollektivi olub.

Qeyd edək ki, "Lənkəran" daha əvvəl Vladislav Frolovu heyətinə qatıb.