
İraq Şam İslam Dövlətinin girov götürdüyü türkiyəli diplomatları yaxın günlərdə sərbət buraxılacağı bildirilir.
Teleqraf.com ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD-ə yaxın xəbər agentliklərindən birində yer alan məlumatda bildirilir ki, Türkiyənin Mosuldakı baş konsulu ilə birlikdə digər girovlar da azad edilərək Türkiyə tərəfinə təhvil veriləcək.
Qeyd edək ki, terrorçular bu ayın əvəlində Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum etmişdi. Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları və konsulluqda çalışan diplomatlar terrorçular tərəfindən girov götürülmüşdü. Bundan başqa İŞİD Türkiyə vətəndaşı olan 32 TIR sürücüsünü də girov götürmüşdü./ANS PRESS/