BAKI, 24 iyun. TELEQRAF
ABŞ Ali Məhkəmənin qadağasından sonra idxal tariflərini əvvəlki səviyyəyə qaldırmağın yollarını axtarır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.
"Məhkəmənin qərarı təəssüf doğurur. Prezident tariflərin tətbiqi üçün çox təsirli bir yol olan Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunundan istifadə etdi. Biz hazırda tarif proqramını yenidən başlatdıq. Hazırda araşdırmalar aparılır. Əgər nəticələr uğurlu olarsa və mənim başqa cür düşünməyə heç bir səbəbim olmasa, tariflər əvvəlki vəziyyətinə qayıdacaq", - deyə Bessent CNBC-yə verdiyi müsahibədə bildirib .