BAKI, 24 iyun. TELEQRAF
SUMQAYIT, 24 iyun. TELEQRAF
Sumqayıtda bədbəxt hadisə baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
4 yaşlı qız yaşadığı binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yıxılıb.
Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.